Rəsmi xronika

Prezident İlham Əliyevin Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşü

28-01-2011 | 11:55        

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Qeyd olundu ki, ölkələrimiz arasında əməkdaşlıq yaxşı səviyyədədir və bunu Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə səmərəli fəaliyyəti də təsdiqləyir. Avstriya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın uğurlu olduğu bildirilən görüşdə qeyd olundu ki, bu sahədə OMV şirkətinin Azərbaycan ilə əməkdaşlığı faydalıdır.

Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.