Siyasət

ABŞ-ın Arkanzas ştatının paytaxtı Litl-Rokda 28 may Azərbaycan Milli Günü elan olunub

17-05-2018 | 10:28        

  

Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatının paytaxtında da 28 May Azərbaycan Milli Günü elan olunub. Bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannaməni Litl-Rok şəhərinin rəhbərliyi imzalayıb. Sənəddə son 25 ildə suverenliyini və müstəqilliyini möhkəmləndirən Azərbaycanın ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu vurğulanıb.

Amerika Birləşmiş Ştatlarının Arkanzas ştatının paytaxtı Litl-Rok şəhərində də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalanıb. Şəhər meri Mark Stodola Cümhuriyyətin 100 illiyi münasibəti ilə rəsmi bəyannamə imzalayıb. Sənəddə 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib. Bəyannamədə həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun Sovet İttifaqının tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır. Qeyd edilir ki, Azərbaycan son 25 ildə suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin milli bayram kimi qeyd edildiyi bildirilir. Sonda şəhərin meri Mark Stodola imzaladığı sənəddə 2018-ci il 28 may tarixini Litl-Rok şəhərində Azərbaycan Milli Günü elan edib. Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatların Nebraska, Nevada, Pensilvaniya, Meyn ştatları, eləcə də Nyu Meksika ştatının paytaxtı Santa Fe, Missisipi ştatının paytaxtı Cəkson, Vaşinqton ştatının Sietl şəhərləri də Cümhuriyyətin qurulmasının 100 illiyi münasibətilə bəyannamələr qəbul ediblər.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR