Siyasət

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

17-05-2018 | 08:52        

  

Astanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə qazax dilində nəşr edilən “Vətəninə yol açmış” kitabının təqdimatı olub. Nəşrin “Ön söz”ünü yazan Qazaxıstan Prezident Nursultan Nazarbayev qeyd edib ki, ümummili lider Heydər Əliyev qardaş xalqların tarixində xüsusi yerə sahibdir.

“Heydər Əliyev, müasir Azərbaycanın bünövrəsini qoyan, xalqının patriotuna çevrilən dahi şəxsiyyət idi. O, həyatını xalqının rifahına, millətinin dirçəlişinə həsr etmişdi. Elə bütün bu kimi müsbət şəxsi keyfiyyətlər  Heydər Əliyevə ölməzlik qazandırıb. Bu fikirlər, Ulu öndərin anadan olmasının 95 illiyi münasibəti ilə Astanada qazax dilində işıq üzü görən “Vətəninə yol açmış” kitabının təqdimat mərasimində səsləndirildi. Beynəlxalq Türk Akademiyası və Qazaxıstanın Birinci Prezidenti Kitabxanasının birgə layihəsi əsasında ərsəyə gələn, kitabın “Ön söz”ünü Qazaxıstan Prezidenti Nursultan Nazarbayev yazıb. Ön sözdə deyilir ki, müstəqil Azərbaycanın əsasını qoyaraq, onun ən çətin dövründə ölkəsinə həyatı bahasına xidmət edən, xalqının yaddaşında silinməz iz buraxan böyük dövlət xadimi Heydər Əliyev, qardaş xalqların da tarixində xüsusi bir yerə sahibdir. Vurğulanır ki, ona həsr olunan kitabın qazax dilinə tərcümə edilərək oxuculara təqdimi Qazaxıstan və Azərbaycan xalqlarının daha da yaxınlaşmasına xidmət göstərəcək”. Bundan əvvəl Moskvada rus dilində işıq üzü görən və avtobioqrafik səciyyə daşıyan kitabda Heydər Əliyevi şəxsən tanıyan dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, nüfuzlu iqtisadçılar və biznes adamlarının xatirələri, ilk dəfə olaraq  Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun gizli sənədləri və bəzi fotoşəkillər də yer alıb. Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan görkəmli siyasətçi Heydər Əliyevin əbədilik qazandığını deyən Qazaxıstan Prezident Administrasiyası Dəftərxanasının rəhbəri, qazax dilindəki kitabın baş redaktoru, professor Mahmud Kasımbekov diqqətə çatdırdı ki, ulu öndər hələ sovetlər dövründə Azərbaycanda ciddi islahat-quruculuq həyata keçirib, bunu müstəqillik illərində böyük əzmlə davam etdirib. O, çoxəsrlik tarixə malik  Qazaxıstan və Azərbaycan xalqlarının dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün də  böyük işlər görüb.

Azərbaycan Prezidentinin İctimai-Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, Qazaxıstanda belə bir möhtəşəm tədbirin keçirilməsi, ölkələrimiz arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Azərbaycana dost ölkələrdə Xalq Cümhuriyyətinin 100 və ulu öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdıran Əli Həsənov Azərbaycan və Qazax xalqlarının ortaq dil, din, etnik köklər, mədəniyyətin birləşdirdiyini, hər iki dövlətin müstəqilliyinin qazanılması və qorunmasında Heydər Əliyev və Nursultan Nazarbayev kimi böyük liderlərin şəriksiz rol oynadıqlarını vurğuladı. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycanı, Nursultan Nazarbayev isə Qazaxıstanı öz yerli etnosuna - xalqlarımıza yenidən qazandırdı. Ölkələrimizi öz dilinə, vətəninə sahib çıxaran mükəmməl siyasi kurs həyata keçirdilər. Bu gün həmin siyasi kurs qarşılıqlı anlaşma şəraitində dövlət başçılarımız tərəfindən yüksək siyasi iradə ortaya qoyularaq əzmlə davam etdirilir. Əli Həsənov, kitaba ön sözün Nursultan Nazarbayev tərfindən yazılmasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirdiyini vurğuladı.

Avrasiya Milli Universitetinin rektoru Erlan Sıdıkov, Azərbaycan-Qazaxıstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Adil Əliyev, üzvü Nizami Cəfərov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli çıxışlarında bildirdilər ki, Azərbaycanın yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici siyasətin memarı olan ulu öndər Heydər Əliyev  türkdilli dövlətlərin inteqrasiyasına xüsusi önəm verib. Onun müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan, bu gün beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə artırır. Tədbirdə ümummilli liderin fəaliyyətindən və Qazaxıstanla münasibətlərin inkişafında oynadığı tarixi roldan bəhs edən film də nümayiş olundu. Tədbir çərçivəsində Qazaxıstan Birinci Prezidenti Kitabxanası və Muzeyinə ekskursiya da təşkil edildi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR