Cəmiyyət

892 kiloqramdan artıq müxtəlif növ narkotik maddə yandırılaraq məhv edilib

16-05-2018 | 13:26        

  

Paytaxtın Binəqədi rayonu ərazisindəki Bünyad Sərdarov adına Maşınqayırma zavodunda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu tərəfindən müxtəlif növ narkotik vasitələr yandırılaraq məhv edilib. 

Hüquq mühafizə orqanlarının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun, eləcə də kütləvi İnformasya vasitələri nümayəndələrinin iştirakı ilə 892 kiloqramdan artıq narkotik maddə  yandırılaraq məhv edildi. Yandırılan narkotik maddələr arasında əsasən, qara bazarda daha çox rast gəlinən çətənə kolları, marixuana, heroin, tiryək, xaş-xaş və həşiş qətranı çoxluq təşkil edirdi. Məhvetmə prosesi Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən həyata keçirildi.

Dövlət Komissiyasının İşçı qrupu ölkə başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayır. Dövlət Proqramının icrası ilə bağlı bu ilin 3 ayı ərzində aidiyyəti qurumlar tərəfindən narkotiklərlə mübarizə sahəsində 887 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kiloqramdan cox müxtəlif növ narkotik vasitələr çıxarılıb.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR