Siyasət

Fransanın “Le Point” jurnalı Azərbaycanın turizm potensialından yazıb

16-05-2018 | 11:09        

  

Fransanın “Le Point” jurnalında ölkəmizin turizm potensialı ilə bağlı məqalə dərc olunub. “Xəzər dənizindən Qafqaz dağlarınadək” başlıqlı yazıda Şərq və Qərb memarlığının nadir nümunələrini özündə birləşdirən Bakının müasirlik rəmzinə çevrilmiş Heydər Əliyev Mərkəzi, Alov qüllələri haqqında məlumat verilir. Müəllif Kristof Mijon ölkəmizin turizm potensialı, hotel və istirahət mərkəzlərindən də yazıb. O, turizm sahəsində fəaliyyət göstərən “Nomade aventure” şirkətinin təşkilatçılığı ilə fransız jurnalistlərin ölkəmizə səfəri çərçivəsində paytaxt Bakı və mövcud turizm imkanları ilə tanış olduğunu deyib. Fransanın “Nomade aventure” aparıcı turizm şirkəti artıq neçə illərdir ölkəmizin turizm potensialının Fransada təbliğ edilməsi məqsədi ilə işlər aparır.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR