Xarici xəbərlər

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

16-05-2018 | 10:59        

  

Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İrəvan sakinləri mer Taron Marqaryanın istefası tələbi ilə aksilyaları davam etdirirlər. Aştarakda vətəndaşlar süd emalı müəssisəsinin, Ararat rayonunda isə sement zavodunun rəhbərliyindən şikayətçidirlər.

İrəvan sakinləri mer Taron Marqaryanı istefaya çağırılar. Meriya  binası qarşısında toplaşan nümayişçilər Marqaryana Sarkisyanın yolu ilə getməyi tövsiyyə ediblər. “Çıxış” blokunun üzvü Anait Baxşiyanın fikrincə, meri vətəndaşlar seçməyib. O, 1 milyon dollara yaxın rüşvət müqabilində bu vəzifəyə sahib çıxıb. Əgər Marqaryan ideal mer osaydı belə yenə də getməlidir. Çünki, O, Serj Sarkisyanın komandasının üzvüdür. Bu cinayətkar qruplaşma isə ölkəyə kifayət qədər fəlakət gətirib. Aştarakda isə vətəndaşlar süd emalı müəssisəsinin rəhbərliyindən şikayət edirlər. İki gündür Vanadzor-Spitak yolunu bağlı saxlayan sakinlər bildirirlər ki, zavodun onlara küllü miqdarda borcu var. Üstəlik müəssisə vətəndaşlardan aldığı südün qiymətini 20 dram aşağı salıb. Bu da sakinlərin narazılığı ilə qarşılanıb. Şirkətdən isə bildirilir ki, südün alış qiyməti hökumət səviyyəsində ucuzlaşdırılıb. Etirazçıların sözlərinə görə, hakim postları tutanlar belə bir qərar qəbul edənə kimi vətəndaşları da nəzərə almalıdırlar. Onlar yem çatışmazlığı səbəbindən heyvanlarını çətinliklə saxlayırlar. Südün alış qiymətinin aşağı salınması onların xərclərinə adekvat deyil. Ararat rayonunda isə sement zavodunun işçiləri tətilə başlayıblar. Fəhlələr maaşların vaxtında verilməsini, eləcə də əməkhaqlarının qaldırılmasını tələb edirlər. Zavod rəhbərliyi işçiləri aksiyanı dayandırmağa çağırsa da, cəhdləri heç bir nəticə verməyib. “Məxməri inqilab”ın erməni xalqına məxsus olduğunu deyən Nikol Paşinyan isə hakimiyyətə gələndən sonra Serj Sarkisyandan miras qalan dövlət aparatında radikal dəyişikliklər etməməsi də cəmiyyətdə narazılıqları artırır. Bir qrup vətəndaş Sarksiyanın həbs etdirdiyi şəxslərin azadlığa buraxılması tələbi ilə yeni baş nazirə müraciət edib. Nikol Paşinyan isə hökumətin iclasında hər kəsi məyus edən açıqlama verib. O deyir ki, həmin şəxslər cinayətkardırlar və qanunun tələblərinə uyğun cavab verməlidirlər. Paşinyanın sözlərinə görə, “çoxları elə bilir ki, biz hakimiyyətə gəldikdən dərhla sonra gedib həbsxanaların qapılarını açmalı və deməliydik. Uşaqlar, çıxın! Hesab edirəm ki, bu qeyri-qanuni yoldur. Biz siyasi məhbuslar məsələsini ciddi müzakirə etməliyik”. Sitatın sonu... Ermənistan mətbuatı yazır ki, Paşinyan hələ baş nazir olmamışdan əvvəl parlamentin iclaslarında Sarkisyanın həbs etdirdiyi şəxslərin dərhal azadlığa buraxılması tələbi ilə dəfələrlə çıxış edib. İndi isə bunun tam əksini deyir.