İqtisadiyyat

3-cü Bakı Şopinq Festivalı davam edir

16-05-2018 | 08:33        

  

Paytaxtda keçirilən sayca 3-cü Baku Şopinq festivalı həm yerli sakinlərin, həm də turistlərin diqqət mərkəzindədir. Mağazalarda müştərilərin sayı gündən-günə artır. “Tax free” xidmətindən həm yerli, həm də xarici vətəndaşlar faydalanırlar. Bu isə Bakı Şopinq Festivalına marağı daha da artırır.

Paytaxt sakinləri və xarici qonaqların festivalın gedişatından razılıq etmələri təsadüfi deyil. Festival çərçivəsində dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər tədbirlər təşkil olunur. Ticarət festivalı mayın 31-dək davam edəcək. Bakı Şopinq Festivalına 2017-ci ildən start verilib. Azərbaycanda və regionda ilk dəfə olmasına baxmayaraq, Şopinq Festivalı qısa zamanda etibar qazanıb və ötən il iki uğurlu festival həyata keçirilib. Bu müddətdə, ümumilikdə, 665 mağaza iştirakçı qismində festivala qoşulub. Həmin mağazalarda festival çərçivəsində 71 min 331 ədəd ƏDV-nin qaytarılması əməliyyatı həyata keçirilib. Bu imkandan yararlanan turistlərin sayı isə 6 min 534 nəfər olub.