Siyasət

AMEA Rəyasət Heyətinin iclası keçirilib

16-05-2018 | 08:27        

  

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda Genetik Ehtiyatlar İnstitutunun təkmilləşdirilməsi, bəzi institutların strukturunda dəyişiklik edilməsi məsələləri müzakirə olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda Yeni Nəsil Sekvenserləri ilə təchiz olunan laboratoriya qurulduqdan sonra genom səviyyəsində tədqiqatlar sahəsində mühüm nailiyyətlər əldə edilib. İlk dəfə olaraq, "Azərbaycan gülöyşəsi" nar sortunun tam genomunun de-novo oxunması və 6 orqanı üzrə transkriptom analizi yekunlaşdırılıb. Bu barədə qurumun növbəti iclasında danışıldı. Akademiyanın prezidenti Akif Əlizadə gündəlidə duran məsələlər barədə məlumat verdi. Qeyd etdi ki, hər məsələ aktual xarakter daşıyır, xüsusilə insanın irsi xəstəliklərinin qarşısının alınması ilə baglı aparılan tədqiqat işlərinin gücləndirilməsi vacibdir. Tədbirdə Akademiyanın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin "AMEA-nın Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında" məruzə ilə çıxış etdi. İclasda Genetik Ehtiyatlar İnstitutunda Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması məsələsinə də baxıldı. Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov bildirdi ki, əldə edilən genom məlumatlarının analizi istiqamətində kompüter genomikası və bioinformatika sahəsi üzrə ABŞ, Rusiya, Yaponiya, Avstraliya və digər ölkələrdə fəaliyyət göstərən xarici alimlərlə sıx əməkdaşlıq qurulub. Rəyasət Heyəti Genetik Ehtiyatlar İnstitutunun Biotexnologiya şöbəsinin tərkibində Kompüter genomikası beynəlxalq laboratoriyasının yaradılması haqqında qərar qəbul etdi. Sonra bir sıra struktur dəyişikləri müzakirəyə çıxarıldı. Rəyasət Heyəti Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasının və Zoologiya İnstitutunun Mingəçevir elmi-təcrübə dayaq məntəqəsinin yaradılması, həmçinin Ədəbiyyat və Dilçilik institutlarının, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin strukturlarında qismən dəyişiklik edilməsini qərara aldı. Akademiyanın baş akademik-katibi Rasim Əliquliyev növbəti aylarda müzakirə olunacaq cari məsələlər barədə də məlumat verdi. Tədbirdə həmçinin görkəmli alim, Əməkdar Elm Xadimi, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 80 illik yubileyinin qeyd olunması haqqında qərar qəbul edildi. Alimin çoxillik məhsuldar və səmərəli elmi fəaliyyətini, ölkəmizdə tibb elminin inkişafında mühüm xidmətlərini nəzərə alaraq və anadan olmasının 80 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi qərara alındı.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR