Cəmiyyət

Bakı şəhəri “Ekspo 2025” ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə adlayıb

16-05-2018 | 08:23        

  

 Bakı şəhəri “Ekspo 2025” ümumdünya sərgisinin namizədlik prosesində növbəti mərhələyə keçirb. Beynəlxalq Sərgilər Bürosunun ölkəmizdə səfərdə olan qiymətləndirmə missiyasının rəyi büronun İcraiyyə Komitəsinin ümumi hesabatına daxil edilib.

Beynəlxalq Sərgilər Bürosunun İcraiyyə Komitəsi 4 mayda keçirilən iclasının ümumi hesabatını dərc edib. Hesabata Bakı şəhərinin 2025-ci ildə Ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş büronun qiymətləndirmə missiyasının rəyi də daxil edilib. Hesabata   əsasən, Bakı şəhəri növbəti mərhələyə keçib və finala doğru irəliləməkdədir. Bildirilir ki, Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə böyük dəstək olacaq.      Qiymətləndirmə Missiyası “İnsan kapitalını inkişaf etdirək, Daha yaxşı gələcək quraq” mövzusunun əhəmiyyətini təqdirəlayiq hesab edib. Vurğulanır ki, bu mövzu çoxsaylı ölkələr üçün cəlbedici və mühüm olmaqla bərabər, hazırki iqtisadi və sosial transformasiyaları və çağırışları nəzərə alır. Missiya bu mövzunun sərginin yerli xüsusiyyətinə uyğun olduğunu və iştirakçıların cəlbi üçün güclü potensial təşkil edə biləcəyini güman edir. Maliyyə naziri və 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri Samir Şərifov büronun İcraiyyə Komitəsinə və Qiymətləndirmə Missiyasına ölkəmizin təklifi ilə bağlı hazırladıqları ətraflı və müsbət hesabata görə təşəkkür edib. Büronun gələn ay Parisdə keçiriləcək Baş Assambleyasının 163-cü sessiyası zamanı paytaxtımızın namizədliyi ilə bağlı planlar təqdim olunacaq. Bu ilin noyabrında Parisdə təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyası zamanı isə üzv dövlətlər 2025-ci ildə büronun ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər. Bakının namizədliyi seçilərsə, Ekspo 2025 ümumdünya sərgisi 10 may - 10 noyabr 2025-ci il tarixində 6 ay ərzində keçiriləcək. Bu, bütöv regionda təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun ilk ümumdünya Ekspo sərgisi olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR