Siyasət

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsi hazırlanıb

15-05-2018 | 12:48        

  

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni qanun layihəsi hazırlanıb. Layihə Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin iclasında birinci oxunuşda müzakirə olunub.

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan 5 fəsil, 19 maddədən ibarət yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyənləşdirəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Milli Məclisin Ailə, qadın və uşaq  məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, layihədə uşaqlar üçün zərərli informasiyanın növləri əksini tapır. İnformasiya məhsulunun yaş təsnifatının həyata keçirilməsi yolları xüsusi ardıcıllıqla qeyd edilir və yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyələri nəzərə alınaraq aparılır. Bu gün ölkə əhalisinin 80 faizinin internetdən istifadə etdiyini deyən komitə sədrinin müavini Sahibə Qafarova diqqətə çatdırdı ki, həyatımıza nüfuz edən informasiya-kommunikasiya müsbət tərəfələri ilə yanaşı, müəyyən çətinliklər də yaradır. Xüsusilə də cəmiyyətə ötürülən zərərli informasiya uşaqlara mənfi təsir göstərir. Bu baxımdan uşaqların informasiya resurslarından düzgün istifadə etməsi, onların zərərli informasiyadan qorunması və bu sahədə qanunvericilik bazasının möhkəmləndirılməsi aktual məsələdir. Sənəddə informasiya məhsulunun işarələnməsi, televiziya və radio yayımı vasitəsilə yayımlanmasına aid tələblər, informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan, eləcə də qadağan olunan informasiya məhsulunun dövriyyəsinə aid tələblər əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasında baxılmağa tövsiyə olundu.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.06.2019) :
Aydın Gecə : +22+24 | Gündüz: +32+34
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.702

Rubl:
Alış: 0.0245 | Satış: 0.0264

Avro:
Alış: 1.8492 | Satış: 1.9099
AzTV TƏQDİM EDİR