İqtisadiyyat

“Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında Azərbaycanda iqtisadi artımın 4% təşkil etdiyi bildirilir

14-05-2018 | 10:27        

  

Azərbaycanda yüksək dövlət investisiyaları iqtisadi artıma töhfə verir. Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 2017-ci ildəki gözləntiləri üstələyib. Orta müddətli perspektivdə bu regionda iqtisadi artım sabitləşəcək”. Beynəlxalq Valyuta Fondunun “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında belə deyilir. Hesabatda bildirilir ki, ötən il Qafqaz və Mərkəzi Asiyanın neft ixracatçısı ölkələrindən Azərbaycan və Qazaxıstanda iqtisadi artım 4% təşkil edib. Hesabat müəllifləri qeyd edir ki, neft ixrac edən ölkələrin fiskal mövqeyi də yaxşılaşıb: “Kapital xərcləri ilə bağlı əsaslı artım planları Azərbaycanda iqtisadiyyatın absorbasiya qabiliyyətini yüksəldə bilər. Hazırda ölkədə fiskal qaydalar işlənib hazırlanır”.