Digər

“Heydər Əliyev və müstəqil Azərbaycan” kitabı ictimaiyyətə təqdim edilib

11-05-2018 | 15:44        

  

Romada “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı kitabın təqdimatı olub. Nəşrdə ulu öndərin dövlət quruculuğundakı xidmətlərindən bəhs edilir. 

Ulu öndərin anadan olmasının 95 illiyinə həsr edilən tədbirdə Roma Sapienza Universitetinin professorları Daniel Pommier Vinçelli və Andrea Karteninin həmmüəllifləri olduğu “Heydər Əliyev və müstəqil Azərbaycan” kitabı İtaliya ictimaiyyətinə təqdim edildi. Nəşr ümummilli liderin ölkəmizin müstəqlliyinin qorunmasında və ictimai-siyasi sabitliyin bərqərar olunmasında roluna, Azərbaycanın inkişafı və beynəlxalq münasibətlər sistemə inteqrasiyası istiqamətində strategiyasına həsr olunub. Kitabda dahi şəxsiyyətin bir sıra tarixi çıxışları yer alıb. Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışan ölkəmizin İtaliyadakı səfiri Məmməd Əhmədzadə bildirdi ki, məhz ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Avropanın əsas tərərfdaşlarından birinə çevrilib. Digər çıxış edənlər də Azərbaycanın transmilli enerji və nəqliyyat layihələrinin təşəbbüskarına çevrilməsi və mədəniyyətlərarası dialoqdakı rolundan danışdılar. Kitabın tədqiqatçılar üçün də əhəmiyyətli mənbə olduğu vurğulandı. Tədbir Azərbaycan və dünya bəstəkarlarının musiqilərindən ibarət konsert proqramı ilə davam etdi.