Analitika

TANAP layihəsinin reallaşdırılması ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi deməkdir

04-05-2018 | 11:24        

  

Azərbaycan qazının Trans-Anadolu təbii qaz boru xətti layihəsi-TANAP vasitəsilə Avropaya çatdırılması dünyanın diqqət mərkəzindədir. TANAP layihəsinin reallaşdırılması ölkəmizin geosiyasi mövqeyinin daha da möhkəmləndirilməsi deməkdir.

Bu gün təkçə region üçün deyil, bütövlükdə qlobal əhəmiyyətli layihə hesab edilən və  reallaşdırılması bir başa Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşdirilən TANAP layihəsinin "Faza 0" adlanan mərhələsində işlər artıq öz finiş nöqtəsinə çatmaqdadır. Artıq  "Faza 0"ın test işləri həyata keçirilir, bu mərhələ  başa çatdıqdan  sonra TANAP Azərbaycan təbii qazını BOTAŞ-ın Əskişəhərdəki mərkəzlərinə nəql edəcək.Beləliklə TANAP iyun ayının 19-da istismar üçün açıq elan ediləcək.

Qeyd etmək lazımdır ki, bu meqa layihə Azərbaycan və Türkiyə liderlərinin iradəsi ilə gerçəkləşdirilir. Eyni zamanda bu layihə büdcəsinə xeyli, ümumi büdcə üzrə 3,2 mlrd. dollar qənaət edilib. Qeyd etmək lazımdır ki, bu tip meqa layihələr 75-80% gecikmə və artıq xərclər ilə tamamlanır. Lakin TANAP-da həm büdcəyə qənaət olunur, həm də vaxtından əvvəl yekunlaşır. İlkin mərhələdə 16 milyard kub metr qazın nəqlinə imkan verən TANAP-ın ötürmə qabiliyyəti daha sonra 31 mlyard kub metrə qədər artırılacaq.

Bu meqa layihənin reallığa çevrilməsi 2 dövlət bir millət olan Azərbaycan –Türkiyə strateji əlaqələrini dahada möhkəmləndirəcək.Ancaq bu layihələr yalnız 2 ölkə üçün deyil, bütövlükdə həm region,həmdə Avropa İttifaqı ölkələri üçündə strateji önəmə sahibdir. TANAP Bakı Tbilisi Qas dəmir yolu xətdi kimi  iki ölkə liderinin şəxsi iradəsinin nəticəsidir.

2012-ci ildə TANAP-ın reallaşdırılması üçün iki ölkə arasında əldə edilən razılıqdan sonra Avrasiya məkanında baş verən geosiyasi proseslər bu enerji layihəsinin həm siyasi, həmdə iqtisadi əhəmiyyətini Avropa ölkələri üçün artırmış oldu. Artıq Avropa İttifaqı TANAP özünün enerji təminatında əsas alternativ olaraq görür. Eyni zamanda bu layihə Azərbaycan üçün strateji tərəfdaş olan Türkiyənin avropanın enerji xəritəsində mövqeyini möhkəmləndirəcək.Bununla paralel Türkiyə iqtisadiyyatının artan enerji təlbatını qarşılamaqla, qiymətlərin ən azından stabil qalmasına təsir göstərəcək. Xüsusəndə TANAP-ın keçdiyi, Ardahan, Kars, Ərzurum, Ərzincan, Bayburt, Sivas, Yozgat, Ankara , Eskişehir, Bursa kimi bölgələrin iqtisadi  mövqeyini gücləndirəcək.  Tanap layihəsi, təkçə inşaat sektoruna deyil, domino effekti ilə, böyük bir arealda istehsal həcmlərinin genişlənməsinə təsir edəcək.

İlkin mərhələdə Tanap üçün əsas mənbə Şahdəniz 2 qaz yatağıdır. Ancaq yeni mənbə ölkələri üçündə Tanapa qoşulmaq daha cəlb edicidir. İlk öncə ona görəki, bu artıq real və müasir infrastruktura malik boru xəttidir. Bu kəmərə zadəcə tranzit haqqı ödəməklə qoşulmaq mümkündür. Əsas mənbə ölkələri isə, İran, Qazaxstan və Türkmənistan ola bilər. Qeyd edək ki, Türkmənistan öz qaz ehtiyyatlarına görə dünyada ilk 4-lüyə daxildir. Ancaq əsas istehlak bazarına çıxışla bağlı infrastruktur problemləri var.TransXəzər qaz boru xətdinin reallaşdırılması ilə, Türkmənistan qısa müddət ərzində böyük infrastruktura çıxış əldə edə bilər ki, bu da, az xərclə böyük gəlir əldə etmək deməkdir. Bununla paralel olaraq, Azərbaycanın digər prespektivli qaz yataqlarıda Tanap üçün, yeni mənbə rolunu oynaya bilər.

Azərbaycan –Türkiyə liderlərinin təşəbbüsü ilə həyata keçirilən bu qlobal təşəbbüs eyni zamanda mədəniyyətə, və eko mühitədə öz müsbət təsirini göstərib. Belə ki, layihə çərçivəsində icra edilən okoloji araşdırmalar nəticəsində bu günə qədər elm dünyası üçün məlum olmayan 9 fauna və 1 flora nümunəsi , o cümlədən  106 mədəni miras nümunələri aşkarlanaraq, müdafiəsi təmin edilib .

Bu layihənin reallaşması, Azərbaycanın geosiyasi mövqeyini daha da, möhkəmləndirəcək. Belə ki, enerji mənbələrini diversifikasiyasına çalışan Avropa İttifaqı üçün Xəzər mənbəsi, stratejiəhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin əsas seqmeni hesab edilən Tanap-ın reallaşdırılması, bu hədəfin reallaşmasına töhfə olacaq. Bu eyni zamanda regionda təhlükəsizlik, və sabitlik faktorunu daha da, aktuallaşdıracaq. Qeyd etmək lazımdır ki, keçdiyi çoğrafi relyefin müxtəlifliyinə, uzunluğuna və ötürmə qabiliyyətinə görə TANAP boru xətdi, dünyada təbii qazın nəqli üçün icra edilən layihələr içərisində ən böyüklərindəndi.  Eyni zamanda ilkin mərhələdə Tanapın ikinci Nabukko olacağı, və sadəcə xəyal olması haqqında fikir söyləyənlərdə xəyal qırığlığına uğradı. Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib ərdoğan nümayiş etdirdilər ki, siyasi iradə, xalqın dəstəyi olduğu halda, kimlərəsə yuxu kimi görsənən meqa layihələri kimsədən heç bir şey istəmədən öz imkanları ilə reallaşdırmaq mümkündür.

Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropa üçün həyatı əhəmiyyət daşıyan layihələrin işə düşməsi  bu günə qədər regional təhdid olan Ermənistana qarşı təzyiqlərin artması ilə nəticələnəcək. Sonda onuda qeyd edək ki, məhz Ermənistan öz işğalçılıq siyasətinin nəticəsində böyük regional layihələrdən faydalanmaq imkanını tamamilə əldə vermiş oldu. Çünki bundan sonra, ermənistan üzərindən nə dəmir yolu, nədə ki, qaz kəmərinin çəkilməsi layihələrinin heç bir iqtisadi mahiyyəti olmayacaq. Beləliklədə Azərbaycan istər nəqliyyat daşımalarında, istərsədə enerji sahəsində regional mərkəzə çevrilməklə, həmdə öz lider statusunu möhkəmləndirmiş oldu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR