Digər

Ədliyyə Nazirliyi Pentensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində tibbi müayinə təşkil olunub

04-05-2018 | 09:07        

  

Ədliyyə Nazirliyi Pentensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 95 ililiyi münasibəti ilə tibbi müayinə təşkil olunub.

Azərbaycan tarixində, ölkənin milli mənəvi həyatında mühüm rol oynayan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva Azərbaycan xanımlarının zərifliyinin, humanizminin və qayğıkeşliyinin mücəssəməsi idi. O, öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə sözün əsl mənasında, vətəndaşlıq örnəyinə çevrilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin şöbə müdiri Mehman Sadıqov bildirdi ki, Zərifə Əliyeva gözəl həkim, ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi hafizələrdə yaşayır. Oftalmoloq Paşa Qəlbinur və digər çıxışçılar da Zərifə Əliyevanın pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışdı. Diqqətə çatdırıldı ki, təbabətdə öz dəstxəti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Sonra həkimlər cəzaçəkmə müəssisəsindəki məhkumların gözlərini müayinə etdilər. Onlara lazımi məsləhətlər verildi.