Bölgələr

Fransanın Qayar şəhərinin nümayəndə heyəti Şamaxıda olub

25-10-2011 | 15:54        

  

 Fransanın Qayar şəhərinin nümayəndə heyəti Şamaxıda olub.  Səfər samanı bu şəhərlərin əməkdaşlığı müzakirə edilib.
 Şamaxıya gələn Fransanın Qayar şəhərinin nümayəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzində isə  ulu öndərin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən eksponatlarla tanış oldular. Nümayəndə heyəti xalça toxunma prosesi ilə tanış olublar. Sonra rayon icra hakimiyyətində görüş keçirilib. İcra hakimiyyəti  başçısı Asif Məmmədov qonaqlara Şamaxı şəhərinin tarixi, 1918-ci ildə ermənilərin törətdikləri soyqırım və rayonda yaşayıb-yaradan görkəmli şəxsiyyətləri haqqında ətraflı məlumat verib.  Şamaxıda regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində həyata keçirilən layihələr də önə çəkilib. Ölkədə ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələrinin yaradıldığı, qeyri-neft sektorunun, xüsusilə də sənayenin inkişafına xüsusi diqqət yetirildiyi vurğulanıb.  Şamaxı ilə Qayar şəhəri arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib. Yekun olaraq  2012-ci ilin iyun ayında Qayar şəhərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi və belə tədbirlərin ənənəvi davam etdirilməsi qərara alınıb.