İdman

Formula-1 Azərbaycan Qran-Prisi dünya mediasının diqqət mərkəzindədir

01-05-2018 | 11:55        

  

Formula-1 üzrə Azərbaycan Qran-Prisi hələ də dünyanın aparıcı KİV-lərinin gündəmindədir. Yazılarda yarışın gedişi, nəticələri, Bakının gözəlliyi, turistlər üçün cəlbediciliyi, Azərbaycanın tarixi məkanları və dinamik inkişafı barədə ətraflı məlumat verilir.   

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi almandilli mətbuatının əsas mövzusu olub. Məqalələrdə həm yerli, həm də xaricdən gələn azarkeşlər üçün Bakıda ideal şəraitin təşkil olunduğu, yarışın yüksək səviyyədə hazırlandığı bildirilib. Canlı yayım edən telekanallar, internet televiziyaları ilə yanaşı, Almaniya, Avstriya və İsveçrənin aparıcı mətbu orqanlarında Formula 1-in Azərbaycan Qran Prisi barədə geniş məlumatlar əksini tapıb. Xəbərlərdə “Mercedes” komandasının pilotu Luis Hamiltonun qələbəsinə geniş yer ayrılıb.  İtaliyanın aparıcı KİV-lərindən olan “La stampa”, “Repubblicait “ANSA.”, “Rainews., “Firenzepost.”, “Napolimagazine.com”, “Padovanews., habelə Maltanın“Tvm.”, Serbiyanın “F1-serbia”, “Rts.”, “Dnevnik.”, “Vesti”, Monteneqronun “Cdm.”, Bosniya və Herseqovinanın “Vijesti.”, “Klix portallarında yarışın yüksək səviyyədə keçirildiyi, azarkeşlərə həyəcanlı anlar yaşatdığı diqqətə çatdırılır. Eyni zamanda yarışın gedişatı, nəticələri, turistlər üçün cəlbediciliyi, Bakının gözəlliyi, Azərbaycanın tarixi məkanları və ölkədə gedən dinamik inkişaf barədə ətraflı məlumat verilir.  Niderland mətbuatınında gedən yazılarda isə Formula 1-in Azərbaycanda keçirilməsi ölkənin böyük uğuru kimi qiymətləndirilib. Niderlandlı pilot Maks Verstappe də ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. O,   Azərbaycanın paytaxtında özünü evindəki kimi hiss etdiyini və Bakının İçərişəhər hissəsinin idmançılar üçün xüsusilə həyəcanverici olduğunu vurğulayıb.  Birləşmiş Ərəb Əmirlikləri, Misir, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələri də Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıblar. “dotemirates, “alittihad, “alhayat”,  “almustaqbal”, “almasryalyoum, “middle-east-online”, “skynewsarabia, “aljoumhouria, “almuraba” “alforsan”, lotus-new”, “aljarida” portalları yarışın uğurlu təşkili, gedişatı və nəticələri haqqında oxucuları məlumatlandırıblar.