İqtisadiyyat

“Qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib

26-04-2018 | 13:15        

  

“Respublikada qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda Azərbaycan Dövlət İqtisad Universitetində 2-ci respublika elmi-praktiki konfransı keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbirdə iqtisadiyyatda sənaye sektorunun, o cümlədən qida və tekstil sənayesinin inkişafının təmin olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Təhsil ocağının Elm və innovasiyalar üzrə prorektoru Sakit Yaqubov dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən danışıb. Konfransın bölmə iclaslarında qida və tekstil sənayesinin aktual məsələləri müzakirə olunub, texnoloji proseslərin müasir idarəetmə üsulları və təhlükəsizlik problemlərinə toxunulub.