Siyasət

ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olunub

26-04-2018 | 10:28        

  

ABŞ Konqresində Azərbaycanın siyasəti təqdir olunub. Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Kohen bəyanatla çıxış edib. Bəyanatda, bu il Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüzilliyinin qeyd olunduğu diqqətə çatdırılır. Vurğulanır ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra, 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malikdir.