İdman

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

24-04-2018 | 11:16        

  

Aprelin 24-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.

Mərhələnin ilk oyun günündə İtaliya təmsilçisi “Roma” səfərdə İngiltərənin “Liverpul” klubunun qonağı olacaq. Bu komandalar indiyədək cəmi beş dəfə üz-üzə gəliblər. Bu komandalar arasında son görüş 2002-ci ildə baş tutub. Qarşılaşmada “Liverpul” öz meydanında 2:0 hesabı ilə qələbə qazandığı halda, səfərdə heç-heçə (0:0) edən ingilislər növbəti mərhələyə vəsiqə qazanmışdılar.

“Liverpul”un heyətində J.Matip, Emre Can, Adam Lallana, N.Klayn zədələndikləri üçün matçı buraxacaqlar.

Mərhələnin digər qarşılaşması aprelin 25-də keçiriləcək “Allianz Arena”da baş tutacaq oyunda “Bavariya” doğma meydanda “Real Madrid” klubunu qəbul edəcək.

Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.