Xarici xəbərlər

Ermənistanda hökümət tam istefaya getdi

24-04-2018 | 10:52        

  

Ermənistan hakimiyyətinin səriştəsiz idarəçiliyi ölkəni uçuruma sürükləyərək tam tənəzzülə uğradıb. Ordu sıralarında yaranmış hərc-mərclik, vətəndaş itaətsizliyi Serj Sarkisyanın istefası ilə nəticələnib. Bundan sonra hökumət də istefaya gedib.

“Ermənistan vətəndaşları ölkəni fəlakətə sürükləyən terrorçudan nəhayət canını qurtardı”. Bunu aprelin 23-də keçirilən mitinqdə deputat Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Sarkisyan rejiminin sonunu gətirən başlıca faktor ölkənin bütün prespektivlərini öz maraqlarına qurban verməsi idi. Hakimiyyətə gələcək baş nazir isə hər kim olacaqsa, onun səhvlərini təkrarlamamalıdır. Əks təqdirdə Ermənistanın mövcud iqtisadi-sosial vəziyyəti düzəlməyəcək. Serj Sarkisyandan sonra Ermənistan hökuməti tam tərkibdə istefa verdi. Yeni baş nazir isə yaxın bir həftə ərzində təyin olunacaq. Nikol Paşinyan deyir ki, bundan sonra müvəqqəti hökumət formalaşdırılacaq, daha sonra isə növbədənkənar parlament seçkiləri təyin ediləcək. “Bu hələ son deyil. Sarkisyan baş nazir postundan istefa verdi. Lakin o hələ də hakim Respublika partiyasının sədridir. Onun rəhbərlik etdiyi siyasi təşkilat isə parlamentdə səs çoxluğuna sahibdir. Bu məsələ də həllini tapmalıdır. Hakimiyyətdə onun başçısı olan klandan heç kim təmsil olunmamalıdır. Bu şəxslərin Ermənistanı talamaqdan başqa heç bir xidmətləri olmayıb” deyə, Paşinyan bildirib. Ermənistandakı qeyri-sabit siyasi vəziyyət dünya mediyasının da diqqətindədir. “Euronyus” telekanalının reportajında bildirilir ki, Sarkisyan 10 ildi ölkəni idarə edirdi. Vətəndaşlar isə onun növbəti dəfə hakimiyyətdə qalmasına qarşı idilər. 10 gündən artıq davam edən küçə mitinqlərinə tələbələr, əsgərlər, hətta keşişlər də qoşulub. Bütün bunlardan sonra  Serj Sarkisyan  istefaya getdi. Hazırda ölkəni müvəqqəti olaraq sabiq baş nazir Karen Karapetyan idarə edir. “Böyük Britaniyanın və dünyanın nüfuzlu xəbər kanalı “BBС News” da Ermənistanda baş verən hadisələri  əks edən xəbərlər hazırlayıb. Məlumata görə, Ermənistanda Serj Sarkisyanın baş nazir kimi hakimiyyətdə qalmasına qarşı 11 gün davam edən etiraz aksiyasından sonra o, vəzifəsindən istefa verdiyini açıqlayıb. Vətəndaşlar isə hərbi xunta rejimindən qurtulmaqlarını sevinclə qarşılayıblar.