İqtisadiyyat

Yanvar-mart aylarında ölkəmizə dünyanın 151 ölkəsindən 629,4 min əcnəbi vətəndaş gəlib

24-04-2018 | 10:43        

  

Yanvar-mart aylarında Azərbaycana dünyanın 151 ölkəsindən yarım milyondan artıq əcnəbi gəlib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz çoxdur.

Ölkəmizə gələnlərin əksəriyyəti Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, İraqdandır. Təkcə mart ayında Azərbaycana səfər edən əcnəbilərin 25,8 faizini İran vətəndaşları təşkil edib. Onların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz çoxdur. Birinci rübün statistikasına nəzər salsaq, Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Belə ki, Küveyt, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Oman və İraq Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı bir neçə dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı isə 6,7 faiz artaraq 204,4 min nəfər olub. Birinci rübdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşları isə əksinə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz azalaraq, 943,3 min nəfərdirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR