Siyasət

Koişiro Matsuura: “Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq”

24-04-2018 | 10:34        

  

“Güclü rəhbər və uğurla nəticələnən addımlar nəticəsində Azərbaycan qısa müddətdə dünyada öz sözünü deyə bilən ölkələrdən birinə çevrilib”. UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura Azərbaycan Televiziyasına müsahibəsində belə deyib. O bildirib ki,  Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacaq.

Ölkə rəhbərliyinin dərindən düşünülmüş siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Bu fikirdə olan UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura bildirdi ki, 2000-ci ildən bəri Azərbaycana hər səfərində ölkəmizin bütün sahələrdə inkişafının şahididir.

Koişiro Matsuura dedi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Prezident İlham Əliyev tərəfindən bacarıqla, müasir inkişaf tendensiyaları nəzərə alınmaqla həyata keçirilməsi nəticəsində hazırda Azərbaycan regionun lider dövlətinə çevrilib.

Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərindən də danışan  UNESCO-nun sabiq baş direktoru seçkilərin uğurla keçdiyini vurğuladı.