Bölgələr

İmişlidə 400-dən çox pambıq istehsalçısı ilə müqavilə bağlanılıb

24-04-2018 | 09:24        

  

Hazırda pambıqçılıq rayonlarında çiyid səpini davam edir. İmişlidə də səpini vaxtında baş çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə olunur.

Səpinin getdiyi bu ərazilər İmişlinin Gövhərli kəndidir. Kənd sakinləri illərdir ki, dolanışıqlarını bu torpağa, pambıqçılığa bağlayıblar. Ona görə gövhərli zəhmetkeşlər qızıl tək torpaqlardan necə ağ qızıl əldə etməyin sirrlərini yaxşı bilirlər. Gənc fermer Şaiq Şıxəliyev kimi...

Pambıq sahələri vaxtında şumlanıb, arat olunub və malalanıb. Mütəxəssislər əmindirlər ki, tarlalara zəruri aqrotexniki qulluq edildiyindən, məhsul da bol olacaq. Axı pambıq sahələri təsadüfi seçilməyib. 

Bu il İmişlidə 400-dən çox torpaq mülkiyyətçisi ilə müqavilə bağlanıb. Pambıq emalı müəssisələri səpindən tutmuş məhsul yığımına kimi hər prosesdə fermerlərə dəstək verirlər. Beləcə məhsul bol olsun və zəhmətkeş kəndlilərin üzü gülsün deyə dövlət fermeri sərfəli şərtlərlə toxum, gübrə və ən müasir texnika ilə təmin edir. Bu da onları işləməyə, əkib becərməyə daha da həvəsləndirir.

Yekun nəticələrə gəlincə, ötən il İmişlidə 15 min 641 hektar sahədən təxminən 15 min ton pambıq yığılıb. Bu il isə barlı-bərəkətli İmişli tarlaları büsbütün ağ örtüyə bürünəcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (18.10.2018) :
Buludlu Gecə : +14+16 | Gündüz: +19+21
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR