Siyasət

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında İnsan hüquqları üzrə Müvəkkilin illik məruzəsinə baxılıb

20-04-2018 | 16:42        

  

İnsan hüquqları üzrə Müvəkkil illik məruzəsini Milli Məclisə təqdim edib. Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsmanın ötən ildəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

2017-cı ildə də İnsan Hüquqları üzrə Müvəkkil fəaliyyətini səlahiyyətləri çərçivəsində qanunvericilyə uyğun həyata keçirib. İl ərzində vətəndaşlardan Ombudsmana 18 400 müraciət daxil olub. Ümumilikdə isə, 16 illik fəaliyyəti dövründə bu instituta 167 150 müraciət edilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirdi ki, ötən il də Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uyğun olaraq müxtəlif tədbirlər görülüb. Müvəkkilə müraciətlərin asanlaşdırılması üçün regional mərkəzlər yaradılıb. 24 saat fəaliyyət göstərən iki qaynar xətt də vətəndaşların xidmətində olub. Milli Məclis sədrinin müavini, parlamentinin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova diqqətə çatdırdı ki, Ombudsman İnstitutu yarandığı vaxtdan indiyədək cəmiyyət həyatında özünəməxsus əhəmiyyətli yer tutub. İnstitut vətəndaşlar, əlaqədar qurumlarla yaxından, səmərəli iş aparır. İnsan Hüquqları üzrə Müvvəkkil İnstitutu Avrasiya məkanında da fəaliyyəti ilə sayılıb, seçilən qurumlardandır. Bu qurumun fəaliyyəti bir sıra ölkələrin ombudsmanları üçün təcrübə məktəbidir. Millət vəkilləri ötən il görülən işləri müsbət dəyərləndirərək gələcəkdə nəzərə alınması üçün bəzi təkliflər də sələndirdilər. Ombudsman məruzəsində bir sıra təkliflər də irəli sürüb ki, millət vəkilləri bunu dəstəklədilər. İclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə bəzi qanunlara təklif olunan dəyişikliklərə də baxıldı və Milli Məclisin plenar iclasına tövsiyə edildi.