Cəmiyyət

“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib

20-04-2018 | 14:56        

  

“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib. 23 aprel - Ümumdünya Kitab və Müəlliflik hüququ günü ərəfəsində təşkil edilən konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunub.

Ermənilər əsrlər boyu Azərbaycan torpaqlarına göz dikərək “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayıblar. İllər boyu Azərbaycanın tarixini və mədəniyyətini də özününküləşdirməklə məşğul olublar. Bununla da özlərinə saxta tarix yazıblar. “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda keçirilən konfransda da erməni saxtakarlığından bəhs olundu. Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirdi ki, hazırda milli sənət incilərimizin UNESCO-nun Qeyri-maddi Mədəni İrs nümunələri siyahısına daxil edilməsi üçün ölkəmizdə fəal iş aparılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində 2008-ci ildən bu günədək Qeyri-maddi Mədəni İrs inciləri sırasına Azərbaycanın çoxsayda elementi daxil edilib. “UNESCO-nun siyahısına daxil edilən mədəni irs nümunələrimizin sayı bədnam qonşularımızın qeydə götürülən elementlərinin sayını iki dəfədən çox üstələyir. Kamran İmanov onu da dedi ki, ermənilərin mədəni irs nümunələrimizə iddiaları təkzibolunmaz tarixi faktlar və elmi dəlillər əsasında ifşa olunur.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, millət vəkili Elmira Axundova da tarixi Azərbaycan torpaqlarına, maddi-mədəniyyət nümunələrinə qarşı əsassız iddialar irəli sürən, onları mənimsəyən erməni saxtakarları haqqında geniş məlumat verdilər. Qeyd olundu ki, Azərbaycanın musiqi alətləri, xalçaları, mətbəxinə aid nümunələrinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs İnciləri sırasına daxil edilməsi ermənilərə layiqli cavabdır.