Siyasət

Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb

20-04-2018 | 14:29        

  

Aprelin 20-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə ictimai birliklər və dini qurumlar komitəsinin birgə iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda İnzibati Xətalar, Cinayət, Əmək, Miqrasiya məcəllələrində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar İttifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müdafiə haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.

Qeyd edilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan layihələr Milli Məclisin plenar iclasına tövsiyə edilib.