Cəmiyyət

Şabranda 27 min sakin pulsuz tibbi müayinədən yararlanıb

20-04-2018 | 14:23        

  

Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi və profilaktikası məqsədi ilə keçirilən pulsuz tibbi müayinə aksiyası Şabranda uğurla davam edir. Rayon üzrə 18-yaşdan yuxarı 40 min 500-dən çox əhalinin bu əla imkandan yararlanması nəzərdə tutulub. Artıq 27 min nəfər müayinədən keçib. Şabranın tibb ocaqlarına hər gün orta hesabla 100  nəfər gələrək, səhhətini yoxladır. Əməkdaşımız onlarla həmsöhbət olub. Görək müayinədən razı qalıblarmı?

Sağlamlığına dair ən səhih məlumatları almaq, müasir diaqnostik avadanlıqlarla bunun təsdiqini tapmaq, müqabilində bir manat belə vəsait ödəməmək...Belə əlverişli imkandan kim boyun qaçırar? Odur ki, aksiyaya start verildiyi gündən 27 mindən çox sakin müayinədən yararlanıb. Onlardan 69 nəfəri stasionar müalicəyə cəlb olunub, 12 nəfərdə cərrahi müdaxilə aparılıb. Şabranın ən ucqar kəndləri də prosesdən kənarda qalmasın deyə, müxtəlif ixtisaslardan olan həkim briqadaları birbaşa yerlərdə əhaliyə keyfiyyətli tibbi xidmət göstərir.

Aksiyanın əsas hədəfi xəstəliklərin ilkin dövrdə aşkar olunmasıdır. Hətta atalar demişkən, sağlamlığın qeydinə xəstələnməzdən əvvəl qalmaq vacibdir. O zaman canınız da sağ olar. Bunun üçün dövlətin ildə 1 dəfə təşkil etdiyi tibbi müayinə kampaniyasına müraciət etməniz kifayətdir. Əmin olun ki...

Bu arxayınlıq peşəkar tibbi personalla yanaşı xəstəxanada yaradılan şəraitin də nəticəsidir. Belə ki, Şabrandakı bütün səhiyyə ocaqları əsaslı şəkildə təmir olunub, ən son texnalogiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilib.

Terapevt, kardioloq, nevropataloq, oftalmoloq, stomatoloq və digər ixtisaslı tibb personalı şabranlıların sağlamlığının qayğısına qalmaq üçün səfərbər olublar. Bu unikal aksiyadan hələ də yararlanmayanların diqqətinə çatdıraq ki,  mayın 12-dək zamanları var. Ümumilikdə Şabranda 18-yaşdan yuxarı 40 min 500-dən çox sakinin ölkə başçısının humanist təşəbbüsündən yararlanması nəzərdə tutulub. Hər kəsə cansağlığı arzusu ilə...