Siyasət

Azərbaycanın reallığa əsaslanan xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirib

20-04-2018 | 09:48        

  

Bu gün qlobal münasibətlər sistemində öz sözü, mövqeyi olan, ləyaqətli, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın xarici siyasət kursunun reallığa əsaslanan prinsiplər üzərində qurulması ölkəmizin beynəlxalq aləmdə yerini və rolunu daha da möhkəmləndirib. Məhz, Prezident İlham Əliyevin həyata keçirdiyi qarşılıqlı etimada əsaslanan müstəqil, praqmatik siyasətin nəticəsidir ki, mövcud olduğu regionun siyasi, iqtisadi, mədəni mərkəzi, lider dövləti statusuna yüksələn Azərbaycana maraq getdikcə artır.Aprelin 18-də andiçmə mərasimində ölkənin xarici siyasət kursu ilə bağlı dövlət başçısının qarşıya qoyduğu hədəflər isə bu istiqamətdə yeni reallıqlardan xəbər verir.

Azərbaycanın müstəqilliyini möhkəmləndirməsində  apardığı uğurlu xarici siyasət doktrinası mühüm yer tutur.Birmənalı demək olar ki,indi Azərbaycan milli maraqlarına tam cavab verən müstəqil xarici siyasət yeridən çox az ölkələrdəndir.Elə bu səbəbdən də  qarışılıqlı fayda və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan bu siyasət uğurla irəliləyir,yeni reallıqlarla müşaiyət olunur.Son 15 il ərzində Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz ,getdikcə güclənən mövqeləri,dünya birliyi tərəfindən böyük dəstək,malik olduğu müsbət reputasiya da bunu təsdiq edir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir,”-deyən prezident İlham Əliyev  inaqurasiya mərasimində bunu dünya birliyinin mütləq əksəriyyətinin Azərbaycana böyük hörmət və ehtiramı kimi dəyərləndirdi.Ölkənin xarci siyasət konsepsiyasında qonşu ölkələrlə sıx münasibətlər qurmaq da əsas prioritetlər sırasındadır və son 15 il ərzində bu istiqamətdə qazanılan uğurlar da bunu aydın göstərir.Belə ki, işğalçı Ermənistan istisna olmaqla bütün region dövlətləri ilə münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib və sözügedən tendensiya daha da güclənir.

Şübhəsiz ki,bu cür əməkdaşlıq Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələrin  gerşəkləşməsi,ölkəmizin regional tranzit mərkəzi kimi çıxış etməsinə mühüm töhfə verir.Bakı-Tbilisi-Ceyhan,Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri,Cənub Qaz Dəhlizi, Şərq-Qərb,Şimal- Cənub  nəqliyyat dəhlizləri kimi meqalayihələrdən də bunu aydın görmək olar.Eyni zamanda  perspektivdə Cənub-Qərb nəqliyyat dəhlizi gündəmə gəlməkdədir.Təbii ki,bütün bunlar Azərbaycanın xarici siyasət kursunun uğuru olmaqla bərabər həm də ölkənin iqtisadi qüdrətini artırır,beynəlxalq aləmdə nüfuzunu yüksəldir.Elə Azərbaycanın regionda sabitləşdirici faktora çevrilməsi,nəhəng güc mərkəzlərinin Bakı platformasında  bir araya gəlməsi də  bunun əyani nümunəsidir desək, yanılmarıq.Terrorizm, ekstremizm,hərbi-siyasi qarşıdurmalar, zorakılığın artığı bir zamanda böyük güclər arasında balanslı siyasəti qoruyub saxlayan Azərbaycan həm də mədəniyyətlər, sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib və artıq öz dəyərlərinin ixracatçısı kimi çıxış edir.Ölkəmiz eyni zamanda,Avropa və Asiya, Avropa və İslam dünyası arasında dialoq və əməkdaşlıq körpüsüdür.Bunu Bakının ev sahibliyi etdiyi həm regional, həm də qlobal səciyyə daşıyan toplantılar da əyani şəkildə nümayiş etdirir və  onları qısaca belə sıralamaq olar:

- Bakı Beynəlxalq Humanitar ;

- Ümumdünya Mədəniyyətlərarası Dialoq;

- Dünya Dini Liderlərinin;

- BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumları; 

- İlk Avropa və  İslam Həmrəyliyi Oyunları  və s.

Bütün bu tədbirlərin hədəfi isə əməkdaşlığı,müxtəlif ölkələr və sivilizasiyalar arasında anlaşmanı dərinləşdirmək,dünyada sülh və təhlükəsizliyi təmin etməkdir. Azərbaycanın bu istiqamətdəki təşəbbüsləri real nəticələrlə müşaiyət olunur və BMT-nin də təqdir etdiyi “Bakı prosesi” bunun əyani nümunəsidir.Ölkənin çoxvektorlu xarici siyasət kursunda önəmli istiqamətlərdən biri də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıqdır ki,prezident inaqurasiya mərasimində çıxışı zamanı bu məsləyə də xüsusi diqqət çəkdi. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB,GUAM və digər təşkilatlarla fəal əməkdaşlığın  nümunəsi ortaya qoyub.Məhz bu cür əməkdaşlıq nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən qətnamələrin sayı artır və təbbi ki,bu da münaqişənin həlli üçün hüquqi baza yaradır.Beləliklə,hərbi,siyasi və diplomatik cəbhədə çox böyük üstünlüklərə malik olan Azərbaycanın prinsipal mövqeyini inaqurasitya mərasimində bir daha diqqətə çatdıran prezident İlham Əliyev dünya ictimaiyyətinə açq mesaj da ünvanladı

Prinsipial mövqe isə budur ki,Ermənistan işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxmalıdır və beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.Əks təqdirdə işğalçı rejim növbəti aprel döyüşləri ilə üzləşməli olacaq.Və o zaman baş verəcək bütün hadisələr,alovlanan müharibənin məsuliyyəti bütünlüklə işğalçı rejim və havadarlarının üzərinə düşəcək.Digər məsələ isə işğalçı ölkənin Azərbaycanın  təşəbbüsü ilə bütün regional layihələrdən kənarda qalması,dalana dirənməsi və təcrid vəziyyətinə düşməsidir ki,prezident bundan sonra da bu siyasətin  davam etdiriləcəyi mesajını verdi.Sühsevər missiyası ilə hər zaman regional və qlobal təhlükəsizliyə ciddi töhfə verən Azərbaycan eyni zamanda yaxın tarix və bölgədə baş verən prosesləri də diqqətlə izləyir: Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq,”-deyən prezident ölkənin hərbi,iqisadi və siyasi gücünün daha da artırılmasının başlıca hədəflərdən olduğunu xüsusi vurğuladı.Məhz bütün bunlar Azərbaycanın xarici siyasəti,diplomatik cəbhədə uğurlarını şərtləndirir,onun müasir beynəlxalq münasibətlər sistemindəki artan nüfuzunun real göstəricisinə çevrilir.Bütün bu uğurların əsasında isə Prezident İlham Əliyevin çevik, ölkəmizi davamlı tərəqqiyə aparan praqmatik və müstəqil siyasəti dayanır.Bu siyasətin ali məqsədi bu günkü reallıqlardan ayın görünür :- daha güclü gələcək,daha güclü Azərbaycan !..