Siyasət

Bakı mayın 2-dən növbəti dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalına ev sahibliyi edəcək

20-04-2018 | 09:06        

  

Paytaxt Bakı mayın 2-dən növbəti dəfə “IMAGINE” Avropa Tolerantlıq Festivalına ev sahibliyi edəcək. Mədəniyyətlərarası dialoq və tolerantlığı təbliğ edəcək festival  İnsan Hüquqları Bəyannaməsinin 70, Avropa İttifaqının ölkəmizdəki  nümayəndəliyinin 10 və Xalq Cümhuriyyətinin 100 illiyinə həsr ediləcək. Bununla əlaqədar keçirilən mətbuat konfransında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas məlumat verib. Bildirilib ki, iki həftə ərzində müxtəlif müzakirələr və debatlar təşkil olunacaq, musiqilər səsləndiriləcək. Festival çərçivəsində Avropa tolerantlığı barədə 40-dan çox sənədli filmin nümayişi və fotosərginin açılışı da planlaşdırılır. Eyni zamanda, azərbaycanlı rejissorların filmləri nümayiş və müzakirə olunacaq.