Xarici xəbərlər

Ermənistanı etiraz dalğası bürüyüb

17-04-2018 | 10:39        

  

Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda etirazlar yüksək həddə çatıb. Vətəndaşlarla polis arasında baş verən qarşıdurmada yaralananların sayı 50-ə çatıb.

İrəvanda etirazlar səngimir. Polis şəhərin bütün istiqamətlərində barikadalar quraraq nümayişçilərə mane olmağa çalışır. Ən gərgin vəziyyət parlamentin və hakim respublika partiyasının yerləşdiyi  Baqramyan prospektində hökm sürür. Polis tikanlı məftilləri keçərək parlamentə doğru hərəkətdə olan etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib. Toqquşmada yaralananların sayı 50-ə çatıb. Onlarda 3-ü polis əməkdaşıdır.

“Nairi” tibb mərkəzindən bildirilib ki, polislərdən birinin vəziyyəti ağırdır. Xəsarət alanlar arasında nümayişçilərin lideri Nikol Paşinyan da var. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra yenidən meydana qayıdıb. Tərəfdarları qarşısında çıxış edən Nikol Paşinyan Ermənistan vətəndaşlarını küçələrə çıxmağa çağırıb. “Mən gözümdən və əlimdən yaralandım. Tikanlı məftilləri keçmək istəyərkən səs qumbarasının partlaması nəticəsində xəsarət almışam. Lakin mübarizə davam edir, Ermənistanın nasist rəhbərini bu ölkədən rədd edənədək geri çəkilməyəcəyik”. Sitatın sonu... Nikol Paşinyanın sözlərinə görə, etirazlar daha geniş miqyasda keçirilməli və parlamentə daxil olan bütün girişlər məhdudlaşdırmalıdır. Xatırladaq ki, aprelin 17-də parlamentdə Serj Sarkisyanın baş nazir postuna təsdiqlənməsi ilə bağlı səsvermə keçiriləcək. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin icra səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək. Ermənistanda isə böyük çoxluq bu qərarın əleyhinədir. Bununla əlaqədar yaradılan “Mənim addımım” piyadaların etiraz aksiyası bütün ölkəni bürüməkdədir. Son bir neçə gündə nümayişçilər 200 kilometrdən artıq yol qət edərək xeyli tərəfdar toplayıblar. Sonra onlar İrəvanda küçələrə çıxaraq avtomobillərin hərəkət etdiyi yolları bağlayıblar. Aprelin 14-dən 15-nə keçən gecədən isə etirazlar güclənib. Nümayişçilərin sayının artmasından ehtiyat edən hökumət şəhərə xeyli polis qüvvəsi cəlb edib. İrəvan polisinin rəis müavini Valeri Osipyan narazı kütləni aksiyanı dayandırmağa çağırıb. Buna baxmayaraq etirazçılar parlamentin binasına doğru hərəkət etmək üçün Baqramyan küçəsində polisin müqavimətini qırmağa çalışıblar. Aksiya iştirakçılarına qarşı güc tətbiq edilib. Polis səs qumbaralarından və gözyaşardıcı qazadan istifadə edib.  Ermənistan hüquq-mühafizə orqanlarının yaydığı bəyanata əsasən, artıq kütləvi tədbirə son qoymaq barədə qərar qəbul olunub və aksiya təşkilatçılarının qarşısında buna əməl etmək tələbi qoyulub.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR