Siyasət

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibə verib

17-04-2018 | 08:54        

  

Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində  Prezident İlham Əliyev  müasir Azərbaycan dövlətçiliyinin çox dərin mədəni, milli, əxlaqi köklərə, əziz tutduğumuz dəyərlərə əsaslandığını bildirib, müsəlman aləmində ilk demokratik respublikanın məhz azərbaycanlılar tərəfindən yaradılmasının təsadüfi olmadığını vurğulayıb.  Mütəqil Azərbaycanın bütün sahələrdə, o cümlədən beynəlxalq  miqyasda, ictimai-siyasi, sosial-iqtisadi, regionların inkişafı sahələrində böyük uğurlar qazandığını bildirən dövlətimizin başçısı müsahibədə Azərbaycanın mədəniyyətlər, dinlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələrə toxunub, bu istiqamətdə ölkəmizdə keçirilən mötəbər tədbirləri qeyd edib. Prezident İlham Əliyev  Azərbaycan-Rusiya əlaqələrindən, Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətlərindən danışıb. “Əməyimin nəticələrini görmək ən böyük sevincdir”-deyən Prezident İlham Əliyev Azərbaycanın inkişafından böyük mənəvi zövq aldığını vurğulayıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR