Siyasət

Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının işinə dəyərli töhfələr verir

17-04-2018 | 08:43        

  

1995-ci ildə BMT-nin Vyana ofisində təsis edilmiş, dünya prokurorlarının yeganə qlobal təşkilatı olan 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası ilə Azərbaycan uğurlu əməkdaşlıq edir. Ölkəmizin Assosiasiyanın işində fəal iştirakı, təşəbbüskarlığı və səmərəli təmsilçiliyi nəzərə alınaraq Beynəlxalq Prokurorlar Assosiasiyasının 2016-cı ildə İrlandiyanın paytaxtı Dublində keçirilən illik tədbirində Assosiasiyanın İcraiyyə Komitəsinin 45-ci iclasının 2018-ci ilin aprelində Bakıda təşkil olunması qərara alınıb. Ölkəmizin ev sahibliyi etdiyi iclasda bir sıra mühüm qərarlar qəbul olunub.

İclas iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin  məzarını ziyarət etdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anıldı. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdilər, məzarları üzərinə gül dəstələri düzdülər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyuldu. Qonaqlar paytaxtın mənzərəsini seyr edərək şəhərimizdə aparılan abadlıq-quruculuq işləri ilə tanış oldular. Sonra keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin 45-ci iclasında bildirildi ki, assosiasiyanın əsas məqsədi transmilli cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və korrupsiyaya qarşı mübarizə sahəsində sürətli, səmərəli və işgüzar əlaqələrin qurulmasında prokurorlar arasında forum rolunu oynamaqdır. Elə bu məqsədlə Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Qerhard Yaroşun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Kanada, İsveçrə, İrlandiya, Cənubi Afrika Respublikası, Tayland, Bəhreyn və Mavriki dövlətlərinin Baş prokurorları, habelə təşkilata üzv digər ölkələrin prokurorluq orqanlarının yüksək səviyyəli şəxsləri ölkəmizdə səfərdə olublar. Dünyanın 20-dən çox ölkəsinin prokurorluq orqanlarının yüksək səviyyəli təmsilçiləri və Azərbaycan dövlət rəsmilərinin iştirakı ilə İcraiyyə Komitəsinin açılışında çıxış edən Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin adından qonaqları salamlayıb, tədbirin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik bir sıra tədbirlərlə eyni vaxta təsadüf etdiyini bildirərək bu iclasın ölkəmizin hüquqi dövlətin qurulması və qanunun aliliyinin təmin edilməsi işinə, eləcə də bu fəaliyyətdə prokurorların roluna və beynəlxalq tərəfdaşlarla əməkdaşlığa töhfə verdiyini bildirdi. İclasa sədrlik edən Baş prokuror Zakir Qaralov ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini və Assosiasiyanın ali idarəetmə orqanlarında fəal təmsil olunduğunu vurğuladı, ədliyyə naziri Fikrət Məmmədovun BPA-nın uzun illər İcraiyyə Komitəsinin üzvü olduğunu, hazırda Assosiasiyanın senatoru və fəxri üzvü, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin isə İcraiyyə Komitəsinin üzvü olduğunu deyib. Baş prokuror ölkəmizin belə mötəbər tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək iclasın təşkilatın işinə verdiyi töhfələrinə görə yaddaqalan olacağına və əməkdaşlığımızın daha da inkişafı və dərinləşməsinə xidmət edəcəyinə əminliyini vurğuladı. Beynəlxalq Prokurorlar Assosiasiyasının Senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədov isə çıxışında Assosiasiyanın tarixi və keçdiyi inkişaf yolu və Azərbaycanın BPA-nın inkişafında töhfələri ilə bağlı foto-slaydlardan ibarət təqdimatla çıxış etdi. O, İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasını və Komitə üzvlərinin ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladaraq Bakı iclasının yaddaqalan və belə tədbirlər üçün yüksək standart kimi müəyyən etdiyini vurğuladı. Bildirib ki, Assosiasiyanın işində yaxından iştirak edilərək ölkəmiz tərəfindən BPA-nın rus dilində saytı və dünya prokurorları üçün korrupsiyaya qarşı internet şəbəkəsi qurulur, bütün nəşrləri Azərbaycan və rus dillərinə tərcümə olunmaqla qurumun təcrübəsindən ölkəmiz və digər dövlətlər tərəfindən istifadə edilir.

Assosiasiyanın prezidenti Qerhard Yaroş isə çıxışında iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycana öz minnətdarlığını bildirdi. Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğuladı.

İki gün davam edən iclasda İcraiyyə Komitəsi üzvlərinin gördüyü işlərə, qurumun maliyyə durumuna dair hesabatlar müzakirə olunaraq qəbul edildi, bir sıra vəzifələrə təyinatların aparılması, Assosiasiyanın ixtisaslaşdırılmış şəbəkələrinin fəaliyyəti və gələcək inkişafı, qurumun üzvləri arasında, həmçinin təşkilatın beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi, transmilli cinayətkarlığa qarşı mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım məsələləri ilə bağlı geniş diskussiyalar aparıldı, bir sıra mühüm qərarlar qəbul olundu. Yekunda İcraiyyə Komitəsinin növbəti iclasının, həmçinin Assosiasiyanın növbəti İllik Konfransı və Ümumi Yığıncağının 2018-ci ilin 9-13 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilməsi qərara alınıb. Assosiasiya rəsmiləri səfər çərçivəsində Baş prokuror Zakir Qaralov və Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, ədliyyə naziri Fikrət Məmmədovla və Baş prokuror yanında Karrupsiyaya qarşı mübarizə Baş idarəsində gənc prokurorlarla görüşüblər. Qonaqlar həmçinin ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzində də oldular. Qonaqlar Mərkəzdə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərə baxdılar. Mərkəzin “Azərbaycan inciləri” sərgisi ilə tanışlıq zamanı bildirildi ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir. İclas iştirkaçıları paytaxt Bakı, eləcə də regionlardakı tarixi-memarlıq abidələrinin maketlərini əks etdirən “Mini Azərbaycan” sərgisi ilə də tanış oldular. Assosiyasiyanın üzvləri həmçinin mərkəzdə yeni açılan “Alfons Muxa: gözəllik axtarışında” sərgisinə baxdlar. Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndələri Qəbələ regional “ASAN xidmət” mərkəzində də oldular. Qonaqlara məlumat verildi ki, mərkəzdə müxtəlif dövlət orqanları tərəfindən göstərilən çoxsaylı xidmətlər  əlaqələndirilmiş formada həyata keçirilir. Qəbələ regional “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil edir. Bu da xidmətdən bəhrələnən hər kəsdə razılıq doğurur. Mərkəzin göstərdiyi funksional yardımçı xidmətlərin siyahısı daha böyükdür. Bundan əlavə mərkəzin kiçik həcmli avtomobilləri kəndlərdə də səyyar xidmət göstərir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR