Digər

Rusiya Azərbaycan Gənclər Birliyi Moskvada “Breyn-rinq” intellektual turniri keçirib

10-04-2018 | 16:32        

  

Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Breyn-rinq” intellektual turniri keçirilib. Turnirdə Moskvanın ali məktəblərinin tələbələrinin təmsil olunduğu 18 komanda biliklərini sınayıb.

Tədbirdə çıxış edən Moskva Dövlət Beynəlxalq Münasubətlər İnstitutunun prorektoru İqor Loginov rektor Anatoli Torkunovun təbriklərini turnir iştirakçılarına çatdırdı. Qeyd olundu ki, Azərbaycandan gəlmiş 80-dən çox tələbə hazırda Beynəlxalq münasibətlər institutunda təhsil alır.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycanda gənclərə dövlət qayğısından söz açdı. Dedi ki, ölkəmizdə gənclərin xaricdə təhsil alması bütün şərait yaradılıb və bunun üçün xüsusi proqram qəbul olunub. 
Sonda çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev, beş il bundan öncə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunlarının ilk forumunun məhz Bakıda keçirildiyini xatırlatdı.Dedi ki, bu ali məktəblə ölkəmiz arasında sıx əlaqələr mövcuddu. Daha sonra turnirə strar verildi.150-dən çox tələbənin iştirak etdiyi bilik yarışında Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin komandası birinci yerə sahib oldu. İkinci yeri isə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası qazandı.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR