Rəsmi xronika

Prezident İlham Əliyevin TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşü

28-01-2011 | 11:48        

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşmüşdür.

Görüşdə TOTAL-ın Azərbaycandakı fəaliyyəti, bu şirkətin “Şahdəniz” və “Abşeron” qaz yataqlarının işlənilməsi, həmçinin Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.