Siyasət

QARSDAKI TÜRK-ERMƏNİ DOSTLUĞUNU EHTİVA EDƏN ABİDƏ SÖKÜLƏCƏK

10-01-2011 | 14:39        

  

Qarsdakı türk-erməni dostluğunu ehtiva edən abidə söküləcək. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qars əhalisi ilə görüşündə deyib. Bu arada Türkiyə Ermənistan və Azərbaycan Ermənistan münasibətlərinə toxunan xarici işlər naziri  Əhməd Davudoğlu isə “İnsanlıq abidəsi”nin sökülməsi fikrinə dəstək verib. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Qars bələdiyyə başqanından 2 il əvvəl tikintisinə başlanan  “İnsanlıq abidəsi” nin sökülməsini tələb edib.  Abidə dırnaqarası türk-erməni dostluğunun şərəfinə ucaldılıb deyən baş nazir əlavə edib ki, bölgə xalqının etirazlarına baxmayaraq abidəni götürən yox idi. Bununla bağlı artıq məhkəmə də qərar verib. Baş nazir onu da əlavə edib ki, Qars vilayəti ermənilərin türklər və azərbaycanlıların başına açdığı çox qırğınlara şahidlik edib. Burada yaşayanların çoxu da 20-ci əsrin əvvəlində ermənilərin divanından can qurtarıb bu torpaqlara gələn insanlardır deyə baş nazir deyib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə deyib ki, abidə şəhərin qədim memarlıq ahənginə uyğun deyil və Qarsın zəngin mədəniyyətini əks etdirmir. Türkiyənin sülhün tərəfdarı olduğunu, Ermənistanın da bu məsələdə üzərinə məsuliyyəti yerinə yetirməli olduğunu deyən Davudoğlu, bunun abidə ilə əlaqəsi olmadığını bildirib. Türkiyə rəsmisi Azərbaycan Ermənistan münasibətlərinə də toxunub. Bildirib ki, Qafqaz regionunda sülhü təmin etmək, Türkiyə ilə Ermənistan arasındakı münasibətləri normallaşdırmaq üçün Azərbaycanın işğal altında olan əraziləri mütləq azad olunmalıdır.