Rəsmi xronika

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19-03-2018 | 15:10        

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidentini seçkilərdə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Prezident İlham Əliyev qeyd edib ki, Rusiya Federasiyası Vladimir Putinin rəhbərliyi ilə müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edib, eyni zamanda, Rusiya-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev bir daha Vladimir Putinə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Vladimir Putin öz növbəsində qeyd edib ki, qarşılıqlı inam əsasında qurulmuş və bir çox sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri bu gün uğurla inkişaf edir. Rusiya Prezidenti əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR