Cəmiyyət

“Ölkəmizi Tanıyaq” layihəsinin növbəti mərhələsi başa çatıb

19-03-2018 | 14:01        

  

“Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində paytaxta gələn  bir qrup Naxçıvan Muxtar Respublikasından olan məktəblilər Bakıdan xoş təəssüratla ayrılıblar.Yeri gəlmişkən tur çərçivəsində Naxçıvana səfər edən paytax məktəbliləri də Bakıya qayıdıblar.

“Ölkəmizi tanıyaq” tur-aksiyası son illər gənclərlə bağlı həyata keçirilən ən uğurlu layihələrdən biridir. Layihə gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəltməklə yanaşı həm də onların dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.Bu tur aksiyası çərçivəsində paytaxt Bakıya qonaq gələn naxçıvanlı şagirlər bu fikirdədilər. Onlar Bakıda keçirdikləri günlərin çox maraqlı olduğunu və heç vaxt unutmayacaqlarını dedilər

Laiyihə çərçivəsində Naxçıvan Muxtar Respublikasından olan şagirdlər  Heydər Əliyev Beynəxalq aeroportundan Naxçıvana  yola salındılar.Yeri gəlmişkən tur aksiya çərçivəsində Naxçıvanda səfərdə olan paytaxt məktəbliləri Bakıya qayıdıblar.Onlar da Naxçıvanda olduqları müddət ərzində bu qədim diyarın tarixi məkanlarını gəzib,mədəniyyət abidələri ilə tanış olublar

Xətai rayonunda “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarını rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər və valideyinlər qarşıladılar. Bildirildi ki,hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində,bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaq. İctimaiyyət nümayəndələri, valideynlər turun keçirilməsində əsas məqsədin şagirdlərə onlara ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanımaq olduğunu dedilər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR