Digər

Novruz Bayramı geniş şəkildə qeyd olunur

19-03-2018 | 13:56        

  

Novruz Bayramı paytaxtın Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Bayram ərəfəsində rayonda növbəti bir neçə “Abad həyət” sakinlərin ixtiyarına verilib. Hər il olduğu kimi, bu il də rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri Müdafiə Nazirliyinin ön cəhbədəki  “N” saylı hərbi hissədə düşmənlə üz üzə dayanan əsgər və zabitlərlə görüşdülər. Rayonda yaşayan şəhid, əlil, veteran, aztəminatlı ailələr, məcburi köçkünlər də  diqqət mərkəzində saxlanılır. Onlarla keçirilən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə milli-mənəvi dəyərlərin, Novruz ənənələrinin yaşanması istiqamətində görülən işlərdən danışdı. Heydər  Əliyev Fondunun aztəminatlı əlilərə göstərdiyi  diqqət və qayğı xüsusi vurğulandı. 3000 ailəyə bayram sovqatı verildi.

Novruz bayramı münasibəti ilə Nərimanov rayonunun sakinləri, habelə şəhərimizin qonaqları üçün bayram konserti təşkil edildi. Eləcə də rayonda yerləşən təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgi təqdim olundu. Şənlikdə Novruzun atributları ilə bərabər adət-ənənələri, milli folklor nümunələri, xalq oyunları, idmançıların rəngarəng çıxışları  tamaşaçıların böyük marağına səbəb oldu. Kəndirbazların çıxışı isə Novruz şənliyinə əlavə rəng qatdı. Bayram tədbirində  iştirak edən sakinlər Novruz təamlarından da daddılar. Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev  ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənlərin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində görülən işlərdən danışdı. Tonqal ətrafında davam edən Novruz şənliyi sonda bayram atəşfəşanlığı ilə başa çatdı.

Novruz bayramı münasibətilə Yasamaldakı 4 saylı Uşaq-Gənclər inkişaf mərkəzində də bayram tədbiri keçirildi. Mərkəzin direktoru Gülarə Quluzadə, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yerinin olduğunu bildirdi. Qeyd olundu ki, şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılmasının vacibliyini vurğuladı. Sonra mərkəzdə fəaliyyət göstərən dərnək üzvlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, bahara həsr olunan musiqi və rəqs nömrələri, maraqlı səhnəciklər  nümayiş olundu.

Novruz bayramı ilə münasibəti ilə “Azərbaycan Dəmir Yollları” QSC də silsilə tədbirlər təşkil edir. Bakı sərnişin stansiyasında keçirilən bayram şənliyində valideyn himayəsindən məhrum olan, daun sindromlu, autizm, hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən 100-ə yaxın uşaq iştirak edirdi. Balacalar Keçəllə Kosaya qoşulub doyunca rəqs də etdilər. Bildirildi ki, Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğular oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR