Xarici xəbərlər

“Jamanak” qəzeti: “Bakıda görünməmiş diplomotik fəallıq müşahidə olunur”

19-03-2018 | 11:35        

  

Martın 15-17-də Azərbaycanda keçirilən 6-cı Qlobal Bakı Forumu işğalçı Ermənistanda geniş rezonans yaradıb. Ermənistan mətbuatı Azərbaycanın regionda yürütdüyü sivil siyasətdən yazır.    

Bakıda görünməmiş diplomotik fəallıq müşahidə olunur”. Bu barədə Ermənistanın “Jamanak” qəzeti yazır. Məqalədə işğalçı ölkənin Bakıda müqayisəyəgəlməz diplomatik fəallığın müşahidə olunmasından narahatlığı əksini tapıb. Bildirilir ki, martın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırımın müşayiəti ilə onlarla ölkənin indiki və sabiq yüksək vəzifəli şəxslərinin də iştirak etdiyi 6-cı Qlobal Bakı Forumu mühüm hadisədir. Əsas narahatedici məqam isə həmin gün Azərbaycan, Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirlərinin dördtərəfli formatda ilk görüşündən sonra qəbul edilən bəyannamədə tərəflərin bir-birinin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı, regional münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin qeyd edilməsi ilə bağlıdır. “Jamanak” qəzeti bununla Ermənistandakı təcridin pik həddə çatacağını bildirir. Üstəlik Bakıda 4 nazirin Hindistandan yüklərin İran, Azərbaycan, Gürcüstan və Ukrayna üzərində Avropaya cəmi bir həftəyə nəqlini nəzərdə tutan 5 min km uzunluğundakı “Cənub-Qərb” nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilən zaman İranın bu yeni formata, eləcə də Təbrizə qədər uzatmaqla Bakı-Tbilisi-Qars dəmir yoluna tez inteqrasiya olunmaq istəyi erməniləri əməlli-başlı təşvişə salıb. İşğalçı ölkədə hesab edirlər ki, Bakıda 4 nazirin görüşü ilə Azərbaycan Ermənistanın regional təcrid olunmasını daha da gücləndirib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR