Digər

Sofiyada Novruz bayramı qeyd olunub

19-03-2018 | 11:28        

  

Bolqarıstanda Novruz bayramı münasibəti ilə tədbir keçirilib. Mərasim ölkəmizin Bolqarıstandakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Xalqımızın zəngin tarixini, milli adət-ənənələrini özündə etiva edən Novruz bayramı münasibəti ilə Sofiyada bayram tədbir keçirilib. Bolqarıstanın dövlət və hökümət nümayəndələrinin iştirak etdiyi mərasimdə bu ölkənin xarici işlər naziri Ekaterina Zaxarieva və şəhər meri Yordanka Fandıkovanın xalqımıza ünvanlanan təbrik məktubu səsləndirilib. Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova mədəniyyətlərarası dialoqa, insanları sülhə, dostluğa, birgəyaşamağa səsləyən Novruz bayramının əhəmiyyətindən danışıb. Qeyd edib ki, əsrlərdir bu bayram Azərbaycan xalqının ortaq duyğu və düşüncələrini, türk mədəniyyətini qoruyur, təbliğ edir. Diplomat Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edildiyini, BMT Baş Assambleyası tərəfindən isə 21 mart tarixinin “Beynəlxalq Novruz günü” kimi elan olunduğu xatırladıb. Şərq ölkələrində də qeyd edilən Novruz bayramının respubilkamızda dövlət səyivəsində keçirilidiyi vurğulanıb. Şənlikdə qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları və Novruz şirniyyatları təqdim edilib. Sonra Azərbaycan cazının banisi Vaqif Mustafazadənin və digər tanınmış musiqiçilərin əsərləri səsləndirilib.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR