Digər

Parisdə Novruz bayramı qeyd olunub

19-03-2018 | 11:13        

  

Artıq Novruz bayramının astanasındayıq. Bu bayramı ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız da təntənə ilə qeyd edirlər.

Milli adət-ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi xaricdə yaşayan hər bir Azərbaycanlının əsas vəzifərlərindən biridir. Bu məqsədlə hər il olduğu kimi bu il də Azərbaycan icması tərəfindən Parisdə Novruz şənliyi təşkil edildi. 100-dən artıq icma üzvü ilə yanaşı, əcnəbi qonaqların da iştirak etdiyi tədbirdə Novruz adət-ənənləri, bayram atributları haqqında ətraflı məlumat verildi. Bildirildi ki, Fransada yaşayan həmvətənlərimizin öz adət-ənələrinə, milli kimliyinə sadiq qalması, Azərbaycanın haqq səsinə çevrilməsi xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə ölkəmizin son illər əldə etdiyi iqtisadi nailiyyətlər, aparılan quruculuq işləri haqqında da məlumat verildi. Bayram şənliyi Azərbaycan musiqisi ilə davam etdirildi.