Siyasət

Altıncı Qlobal Bakı Forumu çərçivəsində “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib

16-03-2018 | 16:49        

  

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusundakı VI Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

“Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusundakı paneldə Yaxın Şərqdəki regional dəyişiklik necə izah edilə bilər və hansı yolla körpü rolunu oynaya bilər?, Yaxın Şərqdə stabillik və sülh üçün şərait yaratmaq məqsədilə qlobal sülhə yol aça bilən və qlobal siyasətin balansını dəyişmək üçün hansı boşluqların aradan qaldırılmasına ehtiyac var? kimi suallar ətrafında müzakirələr aparıldı. Moderator, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmir Musa bildirdi ki, dünyada sülh və təhlükəsizliyin təmini üçün qlobal siyasətdə balanslaşdırma aparılmalıdır. Bəzi dövlətlərə xarici müdaxilələr aradan qaldırılmalıdır. Əgər ədalət uzun müddət davam edərsə, inkluzivliyə, sülh və inkişafa nail oluna bilər. Bu fikri isə Livanın sabiq Baş naziri Fuad Siniora səsləndirdi. Vurğuladı ki, ərəb dövlətləri ərazi baxımından dünyanın 5 faizini təşkil edir. Ancaq dünyadakı qaçqınların 55 faizi ərəb ölkələrinin payına düşür. Qeyri-sabitliyi aradan qaldırmaq üçün həll variantı birgə tapılmalıdır. Qlobal Bakı Forumunun əhəmiyyətindən danışan Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis də dedi ki, dünyadakı nizam ədalət, azadlıq və ümumi sülh əsasında qurulur. Çıxış yolu həm də elmdə, təhsildədir. İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin Ehsanoğlu mövcud problemlərin həlli üçün dövlətlərin birgə səy göstərməsinin vacibliyini vurğuladı. Türkiyə Xarici İşlər Nazirinin müavini Ahmed Yıldız diqqətə çatdırdı ki, müasir dünyada əməkdaşlıq və qarşılıqlı hörmət mühitinin formalaşması olduqca zəruridir. Dünyada baş verən dəyişikliklərin Azərbaycana da təsirsiz ötüşmədiyini deyən Xarici İşlər naziri Elmar Məmədyarov bildirdi ki, 1 milyondan çox vətəndaşımız qaçqın həyatı yaşayır. Xalqımız etnik təmizləməyə məruz qalıb. “Gələcəyin inkişafını görmək istəyiriksə buna uyğun fəaliyyət göstərməliyik, zəmin yaratmalıyıq” deyən nazir beynəlxalq təşkilatlarda islahatlara ehtiyacın olduğunu vurğuladı. Bildirildi ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri yerinə yetirilmir. Bu qətnamələrin icrasına isə heç bir ölkə kömək göstərməyib. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edərkən, İslam Əməkdaşlıq Təşkilatı ilə BMT TŞ arasında əməkdaşlığın qurulması təşəbbüsünü irəli sürsə də, bəzi üzv dövlətlər bununla razılaşmayıb. 25 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət eyni olaraq qalır.

Forum çərçivəsində Balkan regionunun indiki və gələcək vəziyyəti də müzakirə mövzusu oldu. Balkanların tarix boyu bir çox dəyişikliklərə, müharibələrə məruz qaldığını deyən Albaniyanın prezidenti İlir Meta bildirdi ki, regional əməkdaşlıq nəticəsində hazırda bölgədə sülh əldə edilib. Vurğuladı ki, TAP, Şahdəniz layihələri təqdirəlayiqdir və regional enerji təhlükəsizliyinə böyük töhfədir. Son on ildə bir çox ölkələrdə davam edən münaqişələrin artıq kritik nöqtəyə çatdığını deyən Moldovanın prezidenti İqor Dodon vahid yanaşmanın, sülhün bərqərar olmamasının digər təhlükələrə gətirib çıxaran amillərdən biri olduğunu qeyd etdi. Macarıstan Respublikası Xarici İşlər və Ticarət Nazirliyinin Dövlət katibi İstvan Mikola hazırda Balkanlarda vəziyyətin qanunsuz miqrantların hesabına daha da pisləşdiyini bildirdi. Albaniyanın keçmiş prezidenti Buyar Nişani bildirdi ki, Balkan yarımadası Avropa ilə Asiyanı birləşdirən qovşaqdır. Tarix dəyişsə də, Balkanlara aid siyasi maraqlar olduğu kimi qalır.  Xorvatiyanın keçmiş prezidenti İvo Yosipoviç bu gün Balkanların həm daxili həm də xarici təsirlərə məruz qaldığını dedi. Bolqarıstanın keçmiş prezidenti Peter Stoyanov bir çox region ölkələrinin Avropa İttifaqına daxil olmaq üçün müraciət etdiklərini bildirdi. Serbiyanın keçmiş baş naziri Mirko Tsvetkoviç isə regionda bir sıra islahatların aparılmasının vacibliyini vurğuladı. Panel iclas müzakirələrlə davam etdi.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR