İqtisadiyyat

“Fitch”: ““Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır”

16-03-2018 | 14:06        

  

““Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır”. Bu fikir “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda əksini tapıb. Agentlik “Cənub Qaz Dəhlizi” QSC-nin yüksək təminatsız beynəlxalq bazarlarda yerləşdirilən istiqrazlarının uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib.

“Fitch” beynəlxalq reytinq agentliyinin hesablamalarına görə, Azərbaycan tədricən neft və qazdan asılılığına son qoyacaq. “OPEC-lə əldə olunan razılaşmaya əsasən, 2017-ci ildə neft hasilatı azaldılıb. 2018-ci ildə reallaşacaq “Şahdəniz-2” layihəsi nəticəsində isə gələcək inkişafa nail olunacaq. Layihənin strateji əhəmiyyəti gələcəkdə onun transsərhəd mahiyyəti, o cümlədən daxili öhdəliklərin və tranzit ölkələri, Avropa İttifaqı və istehlakçıların siyasi dəstəyi ilə möhkəmlənəcək. 2045-ci ilədək artıq qaz ehtiyatlarının böyük hissəsi Avropa İttifaqı və Türkiyə hökuməti tərəfindən alınıb. Agentlik mütəxəssisləri qeyd edir ki, ötən il “Cənub Qaz Dəhlizi”nə  “Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 0,4 milyard, Asiya İnfrastruktur və İnkişaf Bankından 0,6 milyard, Asiya İnkişaf Bankından 1 milyard, Avropa Yenidənqurma və İnkişaf Bankından 0,5 milyard dollar həcmində dövlət zəmanətli kredit cəlb olunub. ““Fitch” “Cənub Qaz Dəhlizi” QSC-nin yüksək təminatsız beynəlxalq bazarlarda yerləşdirilən istiqrazlarının uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib. Proqnoza görə, QSC-nin əməliyyatlar və kapital xərcləmələri üçün tələb olunan maliyyə vəsaiti 2018-2019-cu illərdə 2,2 mlrd. dollara yaxın olacaq. “Orta müddətli dövrdə maliyyələşmə ilə bağlı “Cənub Qaz Dəhlizi” Konsorsiumunun inkişaf institutlarından kreditin cəlb edəcəyi proqnozlaşdırılır.