Siyasət

Prezident seçkiləri ilə əlaqədar treninqlər davam edir

14-03-2018 | 13:41        

  

Prezident seçkiləri ilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramı çərçivəsində treninqlərin 2-ci mərhələsi davam edir. Martın 12-dən başlayan təlimlər 32 mindən çox komissiya üzvü üçün nəzərdə tutulub.  27 saylı Sabunçu ikinci seçki dairəsində təşkil olunan təlimdə 39 seçki məntəqəsinin üzvü iştirak edir. Bildirilib ki, bu seçki dairəsində 51 mindən çox seçici qeydə alınıb. Treninqdə seçkilərin şəfaf keçirilməsində məntəqə üzvlərinin vəzifələri, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının  protokolunun tərtibi, seçki qutularının hazırlanması və digər mövzular müzakirə olunub.