Xarici xəbərlər

Avropa İttifaqı rəsmi Londondan “Breksit”dən sonrakı əlaqələrə dair konkret plan gözləyir

14-03-2018 | 11:35        

  

Böyük Britaniya “Breksit”dən sonra Avropa İttifaqı ilə gələcək əlaqələrə dair konkret plan təklif etməlidir. Bu sözləri Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Strasburqda Avropa Parlamentində çıxışı zamanı deyib. Britaniyanın Avropa İttifaqından çıxmasına bir il qaldığını xatırladan qurum rəsmisi bildirib ki, sözləri sazişlərə, öhdəlikləri razılaşmalara çevirməyin vaxtı çatıb. Parlamentdə çıxış edən Avropa İttifaqının “Breksit” danışıqları üzrə xüsusi nümayəndəsi Mişel Barnye isə bəyan edib ki, Britaniya ittifaqdan çıxandan sonra hazırkı imtiyazlarını saxlaya bilməyəcək. Barnyenin sözlərinə görə eyni vaxtda həm üçüncü ölkə statusunu istəmək, həm də yalnız Avropa İttifaqı üzvlərinə məxsus olan üstünlükləri tələb etmək mümkün deyil. Martın 22-23-də Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Sammit zamanı “Breksit”dən sonrakı keçid dövrü ilə bağlı Brüsselin vahid mövqeyinin formalaşdırılacağı gözlənilir.