İqtisadiyyat

Narçılığın inkişafında yeni səhifələr açılır

14-03-2018 | 09:07        

  

Son illər qeyri-neft sektorunun sürətli inkişafı aqrar sahədən də yan keçməyib.Bu sahəinin bağqa bölmələri ilə yanaşı narçılıqda da bu gün bir canlanma var. Son bir ildə respublikamızda 900-hektardan artıq yeni nar bağları salınıb. 4 min hektardan artıq nar bağında isə bərpa işləri aparılıb. Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracaatçıları Asossiyasiyasının yeni loqotipinin və veb-saytının təqdimat mərasimində məlumat verilib.

Made in Azərbaycan brendi kimi xaricdə böyük şöhrət qazanan Azərbaycan narı hazırda özünün ikinci inkişaf dövrünə qədəm qoyub. Dövlətin birbaşa qayğısı ilə regionlarda yeni nar bağları salınır, əvvəlki bağlar bərpa edilir, məhsulların xarici bazara daha çox həcmdə çıxarılması üçün davaml tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, 2016-cı ildə ölkədə 22 min hektar nar bağı var idi. Bura ötən il 900 hektarda salınan məhsuldar bağları da əlavə edək. Təqdirəlayiqdir ki, bu sahənin belə sürətli inkişafında dövlət dəstəyi ilə yanaşı sahibkarların innovativ təşəbbüsləri də mühüm rol oynayır. Növbəti addım Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının yeni loqotip və veb-saytının hazırlanması olub. Asossiyasiyanın sədri Fərhad Qaraşov məlumat verib ki, dunya nar istehsalçılarının tingçilik və seleksiya təcrübələrini öyrənmək üçün 2017-ci ilin fevral ayında, 11 nar yetişdirilməsi və emalı ilə məşğul olan şirkətlərin nümayəndələrinin İtaliyaya səfəri təşkil edilib. Habelə Kolumbiya və bir sıra Avropa ölkələri ilə də effektiv əməkdaşlıq münasibətləri yaradılıb. Yeni veb-sayt bu əlaqələrin daha da güclənməsinə xidmət edəcək. Belə ki, məlumatlar Azərbaycan, rus və ingilis dillərində yerləşdirilib. Bu da ”Made in Azerbaijan” brendinin daha geniş miqyasda təşviqi deməkdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyri-neft sektorunun inkişafına göstərilən dövlət qayğısından, xüsusilə də qiymətli nemətlərimizdən olan Azərbaycan narının düynyada layiqincə təqdim edilməsi perspektivlərindən danışıb. İqtisadiyyat Nazirinin müavini Sahib Məmmədov isə qeyri-neft sektorunun bu sahəsinin sürətli inkişafında Asossiyasiyanın rolunu vurğulayıb.

Azərbaycan İnvestisiyaların və İxracın Təşviqi Fondunun rəhbəri Rüfət  Məmmədov, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və digərləri narin iqtisadiyyatımızda və madii-mənəvi irsimizdəki roluna diqqət çəkiblər. Təqdimat mərasimində      Ümummilli lider Heydər Əliyev haqqında hazırlanan video çarx nümayiş etdirilib, Asossiyasiya ilə aktiv əməkdaşlıq edən bir qrup şəxsə diplomlar verilib.