Siyasət

Polad Bülbüloğlu: "Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələr inkişaf edir"

14-03-2018 | 09:00        

  

Moskva Dövlət Humanitar İqtisad Universitetində Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir Putinə dəstək kampaniyası çərçivəsində dəyirmi masa təşkil edilib.

Moskva Dövlət Hümanitar İqtisad universitetində baş tutan dəyirmi masada çıxış edən ali təhsil ocağının rektoru Vagif Bayramov qeyd etdi ki, güclü ölkənin güclü rəhbəri olmalıdı. Bu baxımdan Vladimir Putinin çoxmillətli Rusiya üçün ən layiqli prezidentdir. Rektor əlavə etdi ki, məhz Putinin prezidentliyi dövründə Rusiya bir çox mühüm uğurlar qazanıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu hər bir ölkənin həyatında prezident seçkilərinin dövlətin inkişafı və güçlənməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Səfir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirdi. Tədbirdə iştirak edən Vladimir Putinin prezident seçkilərində səlahiyyətli nümayəndəsi Serqey Kandıboviç tədbirin təşkilinə görə minnətdarlığını vurğuladı. O gəncləri, Putinə səs verməyə çağırdı. Rusiyanın Azərbaycan Gənclər Birliyinin İdarə Heyətinin üzvü Emin Hacıyev isə dedi ki, bu cür tədbirlərin keçirilməsi gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakına xidmət edir. Qeyd olundu ki, seçkilərdə iştirak, ölkənin gələcəyində iştirak deməkdir. Sonra ali təhsil oçağının tələbələri, Vladimir Putinə dəstək kampaniyasına aid hesabatlarla çıxış etdilər.