Siyasət

ATƏT PA-nın nümayəndə heyəti prezident seçkisinə hazırlıqlarla maraqlanıb

13-03-2018 | 16:25        

  

ATƏT Parlament Assambleyasının nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında olub. Komissiyanın sədri Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığa həmişə xüsusi əhəmiyyət verdiyini bildirib. Qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki təcrübəsinin daha da təkmilləşməsində mühüm rola malikdir. ATƏT Parlament Assambleyasının üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili Nilza de Sena Azərbaycanın seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb. Qonaqlara seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən işlər barədə məlumat verilib.