Rəsmi xronika

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb

07-03-2018 | 12:47        

  

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı ünvanlayıb. Başsağlığında deyilir: “Hörmətli Vladimir Vladimiroviç. Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsinin Suriyada qəzaya uğraması nəticəsində insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti,

Bakı, 7 mart 2018-ci il.