Xarici xəbərlər

Rusiyaya məxsus hərbi təyyarənin Suriyanın Hmeymim bazasında qəzaya uğraması nəticəsində 39 nəfər həlak olub

07-03-2018 | 12:44        

  

Rusiyanın Müdafiə Nazirliyinə məxsus “An-26” təyyarəsi Suriyanın Hmeymim hərbi bazasına eniş edərkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 33 sərnişin və 6 heyət üzvü olub. Onların hamısının həlak olduğu bildirilir. Ölənlərdən 27-i zabitdir. İlkin ehtimala görə qəzaya texniki nasazlıq səbəb olub. Qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.